

6 Sentyabr 17:55
6 Sentyabr 17:49
6 Sentyabr 13:59
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
“Prezident İlham Əliyev müsahibəsində daxili məsələlərlə bağlı bir sıra məqamlara da toxundu. Xüsusilə dövlət şirkətlərinin zərərlə işləyən strukturlardan gəlirlə işləyən struktura çevrilməsi çox vacib bir amil hesab edildi”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Deputat əlavə edib ki, cənab Prezidentin müsahibəsində bəzi beynəlxalq təşkilatların və xaricdəki müəyyən dairələrin, ayrı-ayrı ölkələrin Azərbaycanın daxili işlərinə qarışmaq cəhdlərinə çox sərt cavab verildi: “Azərbaycanın buna heç zaman imkan verməyəcəyini, öz suveren hüquqlarını həmişə qətiyyətlə qoruyacağı bildirildi. Bunun belə olduğu ilə bağlı onsuz da hər bir azərbaycan vətəndaşı məlumatlıdır və gündəlik həyatında görə bilir. Cənab Prezidentimizin müsahibəsi Azərbaycanın sabaha gedən yolunun aydın, beynəlxalq hüquq və Azərbaycanın milli maraqlarına uyğun olduğunu bir daha göstərdi”.
Röya İsrafilova