

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Yaxın Şərqdə bugünkü gündə qarşıdurmanın olmasının səbəbi kimi beynəlxalq müşahidəçilər həmin bölgədə Fələstin dövlətinin yaranmaması ilə əlaqələndirirlər. Belə ki, 1948-ci ildə həmin bölgədə İsrail dövləti yaranandan sonra və 1967-ci ildə BMT-nin qərarı var ki, həm də həmin bölgədə Fələstin dövləti yaransın və həmin dövlət beynəlxalq ictimaiyyət tərəfindən tanınsın. Bugünkü gündə dünyada mövcud olan BMT tərəfindən tanınan 100-dən çox dövlət Fələstinin müstəqilliyini tanıyıb, ancaq G7 dövlətlərdən hələ ki, rəsmi olaraq heç bir dövlət tanımayıb. Fələstin dövlətinin tanınması haqqında Fransa Prezidenti Makronun, Böyük Britaniyanın Baş naziri Kir Starmerin və Kanadanın Baş nazirinin verdiyi bəyanat yəqin ki, böyük ehtimalla sentyabr ayında BMT-nin tədbirində qəbul olunacaq. Bununla G7-yə daxil olan dövlətlərin bir neçəsinin artıq Fələstinin müstəqilliyinin tanınması haqqında rəsmi mövqeyi olacaq”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Yusif Bağırzadə söyləyib.
Politoloq qeyd edib ki, BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvündən artıq faktiki olaraq ikisi - Rusiya və Çin Fələstin dövlətini tanıyıb: “Fransanın tanıması əlbəttə ki, mövqeləri dəyişəcək. Fransa və Böyük Britaniya Fələstin dövlətini tanıyandan sonra ABŞ də tanıyacaq. Çünki ABŞ həmişə çoxluğa tabe olur. G7-yə daxil olan dövlətlərin bir neçəsi tanıyandan sonra, BMT-nin Təhlükəsizlik Şurasının 4 üzvü tanıyandan sonra ABŞ yəqin ki, çoxluğun qərarını qəbul edəcək. Bəzi dövlətlər Fələstin dövlətini tanımağı öz korperativ maraqları baxımdan edir. Məsələn, bugünkü gündə Fransa Prezidenti Makronun Fələstinin müstəqiliyini tanıması haqqında bəyanat əlbəttə ki, onun koperativ maraqlarına xidmət edir. Bildiyiniz kimi, Ərəb dövlətləri Liqası və kifayət qədər güclü olan Ərəb dövlətləri, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri onlar Fələstin dövlətinin tanınmasında maraqlıdırlar. Makron yəqin ki, Abu-Dabi ilə yaxınlığına görə və həm də Fransada böyük erməni lobbisi var və nəzərə alaq ki, Fələstinin bugünkü xarici işlər naziri ermənidir. Əlbəttə, bunun Fransaya təsiri çox böyükdür. Böyük ehtimalla yaxınlarda bu dövlətlərin Fələstinin müstəqilliyinin tanımasının şahidi olacağıq”.
Röya İsrafilova