"Putin Trampla yenidən bir araya gəlməyə çalışacaq" Gündəm

"Putin Trampla yenidən bir araya gəlməyə çalışacaq"

Rusiya prezidenti V.Putin "Valday" diskusiya klubunda çıxışını tam olaraq Qərbə həsr etmişdi. Ukraynanın son aylar Rusiyanın ərazilərinə sarsıdıcı zərbələri, ABŞ-ın Ukraynaya artan hərbi dəstəyi, yeni raketlər verməsi V. Putini aqressiv mövqe ortaya qoymasına sövq edib.

Bunu xalqcebhesi.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun fikrincə, V.Putin hesab edirdi ki, Qərb Alyansını parçalayacaq və Ukraynada istədiyini edib ikiqütbülü siyasi nizam quracaq. Amma, ABŞ və Avropanın fikir ayrılıqlarını kənara qoyub vahid cəbhədə birləşməsi, V.Putinin planlarının üstündən xətt çəkmiş oldu.

V. Putin Ukraynada hərbi əməliyyatlarla planı reallaşdırmaq mümkün olmadığı üçün nüvə təhdidinə qabardır. ABŞ başda olmaqla NATO-nun Rusiyanın artıq nüvə təhdidlərinə eyni tonda cavab verməsi, Kreml rəhbəri üçün "soyuq duş" efekti yaradıb:

""Valday" diskusiya klubunda Putin geri çəkilmədiyini və döyüşəcəklərini elan etdi.
Putin üç il ərzində var qüvvəsi ilə döyüşür. Amma, Ukraynanın şərqində ilişib qalıb. Buna baxmayaraq, Avropanın digər ölkələrinin təhlükəsizliyini təhdid edir. Məhz ABŞ və Avropa bundan sonra, Ukraynaya tam hərbi yardımlar göndərməyə başlayır. Bununla da Rusiya ilə döyüşməyə başlayırlar. Artıq, Rusiyanın döyüş tempi zəifləməyə doğru gedir. Ona görə də Putin Ukraynanın Atom Elektrik Stansiyalarinı hədəf göstərir. Bununla, nüvə çirkləndirməsinə gedəcəyindən çəkinmədiyi mesajıni verdi. Halbuki, Ukraynanın Rusiyanın istənilən regionunda AES vurmaq potensialı var. Bunu Ukrayna dəfələrlə sübut edib. Eyni aqibəti Ukrayna Rusiyaya yaşada bilər.

Təbii ki, Rusiya-Ukrayna müharibəsinin davam edəcəyi və nüvə silahına əl atılmayacaq. Rusiyaya hərbi təzyiqlər artıqca, Putin Trampla yenidən bir araya gəlməyə çalışacaq".

Cavid