Niderland İsrailə F-35-lərin hissələrinin ixracatını davam etdirə bilər Dünya

Niderland İsrailə F-35-lərin hissələrinin ixracatını davam etdirə bilər

Niderland Ali Məhkəməsi hökuməti İsrailə F-35 hissələrinin ixracatını ilə bağlı dayandırılmış lisenziyanı yenidən nəzərdən keçirməyə çağırıb.

APA “The Times of Israel”ə istinadən xəbər verir ki, Niderlandın Ali Məhkəməsinin qərarına əsasən, Haaqa məhkəməsi Niderlandın İsrailə F-35 qırıcılarının hissələrini göndərməsinə qadağa qoymaqla öz səlahiyyətini aşıb.

Ali Məhkəmə hökuməti ixracatı davam etdirməyi nəzərdən keçirməyə çağırıb.

Qeyd edək ki, Haaqa məhkəməsi Niderlanda sözügedən qadağanı 2024-cü ilin fevralında tətbiq edib.