

Prezident İlham Əliyevin Kopenhagendəki səfəri və burada aparılan görüşlər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun göstəricisidir”.
Bunu Millət vəkili Elman Nəsirov xalqcebhesi.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanla Ermənistan liderlərinin görüşü çərçivəsində Vaşinqton razılaşmalarının həyata keçirilməsi və Zəngəzur dəhlizi ilə bağlı məsələlər müzakirə olundu: “Horadiz-Ağbənd avtomobil yolu demək olar ki, tamamlanıb, Ordubaddan Ermənistan sərhədinə qədər dəmir yolu layihəsi də yekunlaşır. Bu addımlar göstərir ki, Azərbaycan sülh prosesində konkret və qətiyyətli mövqe tutur.
Fransa prezidenti Emmanuel Makron və İtaliyanın baş naziri Giorgia Meloni Azərbaycan prezidentini əldə edilmiş sülh uğurları münasibətilə təbrik edib, ölkələrarası münasibətlərin normallaşdırılmasının əhəmiyyətini vurğulayıblar. Həmçinin İtaliya prezidenti Sergio Mattarella, Avropa Şurası prezidenti Charles Michel və Avropa Komissiyasının sədri Ursula von der Leyen də Azərbaycan prezidentini Vaşinqton razılaşmaları çərçivəsində təbrik ediblər”.
Elman Nəsirov əlavə edib ki, Moldova prezidenti Maia Sandu ilə görüşdə onu ölkəsində keçirilən parlament seçkisində iqtidar partiyasının qələbəsi münasibətilə təbrik edib: “Bütün bu görüşlər göstərir ki, Azərbaycan prezidentinə beynəlxalq aləmdə böyük etimad və hörmət var. Cənab İlham Əliyev tarixi şəxsiyyətdir, ərazi bütövlüyünün və suverenliyin bərpasına nail olub, həm də beynəlxalq sülh və təhlükəsizliyə ciddi töhfələr verib”.
Günel Elxan