

Mançesterdəki sinaqoqa hücumla bağlı üç şübhəli şəxs Britaniya polisi tərəfindən həbs edilib.
APA BBC-yə istinadən xəbər verir ki, hücumu törədən 35 yaşlı əslən suriyalı olan Britaniya vətəndaşı Cihad əl-Şamiənin polisin əməliyyatı zamanı öldürüldüyü təsdiqlənib.
Qeyd edək ki, dünən yəhudilər üçün müqəddəs olan Yom Kippur günündə Mançesterdəki sinaqoqlardan birinə bıçaqlı hücum həyata keçirilib.
Hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə ağır xəsarət alıb.