

Ana Birçal: Azərbaycanın itkin düşmüş şəxslərlə bağlı beynəlxalq əməkdaşlıqda təcrübəsi nümunədir
Yuliya Salehova: Qazaxıstan açıq bankçılıq təcrübəsini bölüşməyə hazırdır
Moldova səfiri: Seçkilər kiber təhdidlərə qarşı dayanıqlığın vacibliyini göstərdi
Keniyalı senator: İnsanların itkin düşməsinin qarşısının alınması üçün konkret çərçivə yoxdur
Gələn il Ermənistanda keçiriləcək parlament seçkiləri Ermənistanın avrointeqrasiya taleyini və Rusiyanın regionda, Ermənistanda mövcudluğuna əhəmiyyətli təsir edən siyasi proses hesab etmək olar.
Bunu politoloq Vüqar Dadaşov deyib.
Onun sözlərinə görə, indidən proses Rusiya yönümlü qüvvələrin, liderlərin arasında ciddi fikir ayrılıqları yaradıb. Buna baxmayaraq, Rusiya Ermənistanda bütün imkan və qüvvələri səfərbər etməklə Paşinyanı hakimiyyətdən kənarlaşdırmağı planlayır. Hələ ki, mövcud vəziyyət Ermənistan baş naziri Nikol Paşinyanın xeyrinə işləyir:
"Məsələ burasındadır ki, Rusiyanın Ermənistanda Samvel Karapetyan “gedişi” iflasa uğradıqdan sonra, Sarkisyan yaxud Koçaryan “seçimi” məcburiyyəti Rusiya yönümlü liderlərin arasında parçalanmaya səbəb olub. Yeni real siyasi lider ortaya çıxarmaq isə Rusiya üçün hələlik mümkün görünmür.
Artıq Robert Koçaryan və Serj Sarkisyan arasında yaranan ziddiyyət özünü büruzə verir və getdikcə bu ziddiyyət Rusiyanın kimə “stavkası” ilə daha da dərinləşə bilər. Keçmiş prezident və indiki baş nazirə yaxın hesab edilən Levon Ter-Petrosyanın da Paşinyandan imtinası və Rusiya cəbhəsində yer alması, sözsüz ki, Ermənistanda keçiriləcək seçki və hakimiyyətə ümidlə bağlıdır".
Cavid