
Bu günlərdə ABŞ-ın vitse prezidenti Vensin Ermənistana və Azərbaycana səfər edəcəyi gözlənilir.
Səfər ABŞ-ın İranla gərgin münasibətlərinin davam etdiyi, həmçinin Bakı və İrəvanın Moskvayala, ABŞ-ın isə İranla münasibətlərinin mürəkkəbləşdiyi bir dövrə təsadüf edir. Vitse prezidentin İtaliyada Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etdikdən sonra öncə İrəvana, daha sonra isə Bakıya səfər edəcəyi bildirilir.
Politoloq Bakir Həsənbəyli deyib ki, Prezident Donald Tramp yanvarın 24-də verdiyi açıqlamada vitse prezidenti regiona göndərməkdə məqsədin Bakı və İrəvan arasında sülh səylərini dəstəkləmək və "Tramp marşrutu" kimi təqdim olunan TRIPP layihəsinin iinkişafına töhfə vermək olduğunu bildirmişdi.
Ağ Ev həmçinin ABŞ-ın Azərbaycanla strateji əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu da vurğulayıb. Tramp çıxışında bəzi hərbi texnologiyaların Bakıya satışının nəzərdən keçirildiyini də qeyd edib. Ermənistana gəldikdə isə ABŞ Prezidenti Vaşinqtonun İrəvanla dinc məqsədlər üçün nüvə sahəsində əməkdaşlığı genişləndirmək niyyətində olduğunu açıqlayıb:
"Bu kontekstdə ABŞ istehsalı olan yarımkeçiricilərin Ermənistana ixracı məsələsinin də gündəmdə olduğu bildirilir. Bu açıqlamalar fonunda Veinsin səfərinin yalnız sülh danışıqları və nəqliyyat əlaqələri ilə məhdudlaşmayacağı, həm də hərbi, texnoloji və enerji sahələrində mümkün əməkdaşlıqların da müzakirə ediləcəyi gözlənilir.
Azərbaycanla Amerika Birləşmiş Ştatları münasibətləri Trampın ikinci dəfə Ağ Ev administrasiyasına rəhbərlik edəndən sonra kardinal olaraq dəyişib. Ağ Evin nəzərində Cənubi Qafqaz regionu Mərkəzi Asiya ilə əlaqəli geosiyasi məkan kimi başa düşülür. Digər tərəfdən isə Azərbaycanın güclü liderlik mövqeyi Amerika Birləşmiş Ştatlarının xüsusi olaraq nəzərindədir.
Çünki Azərbaycanın eksklüziv imkanları, o cümlədən yeni reallıqlar yarada bilmək qabiliyyəti Birləşmiş Ştatlar üçün münasibətlərdə əsas nöqtələrdən biridir.
Azərbaycanla Birləşmiş Ştatların münasibətləri daha spesifik bir mərhələyə qədəm qoyur, təhlükəsizlik məsələləri ilə bağlı əməkdaşlıq da xüsusi diqqət cəlb edir. Son zamanlar İranla bağlı münasibətlərin kəskinləşməsi beynəlxalq arenada yeni dünya nizamına hazırlıq üçün qarmaqarışıqların daha da çoxalması, Azərbaycan-Birləşmiş Ştatları münasibətlərini daha da strateji səviyyəyə yüksəltməsinə imkan yaradır.
Bu imkanı Azərbaycan da, Amerika Birləşmiş Ştatları da nəzərdən keçirərək bir sıra layihə və strateji yanaşmaları müştərək hazırlayırlar. Məhz bunun nəticəsidir ki, Birləşmiş Ştatlar vitse-prezidenti Azərbaycana səfər edəcək. Vensin Azərbaycana səfəri geniş spektrli əlaqələrin dinamikasına baxmağa imkan verəcək: Azərbaycanın Yaxın Şərqdəki quruculuq işlərində iştirakı, təhlükəsizliyə verdiyi töhfələr də Birləşmiş Ştatlar üçün xüsusi əhəmiyyət kəsb edir və bu vəziyyətlə əlaqədar Azərbaycanla Birləşmiş Ştatlar Yaxın Şərq dinamikasında yeni razılıq əldə edə bilər. Qəzza ilə bağlı Sülh Şurasına Azərbaycan üzvlüyü məsələsini əhatə etməyəcək.
Məsələnin fövqünə çıxacaq proseslərin başlanğıcı olacaq yeni hadisələrin şahidi ola bilərik. Ona görə də vitse-prezidentin səfəri daha çox Birləşmiş Ştatlar - Azərbaycan əlaqələrindəki formal xarakterli, formal məzmunlu hüquq müqavilə bazasına istinad etməyəcək. Bu, daha geniş strateji spektri və ölçüləri qeyd etməyə imkan verəcək.
Birləşmiş Ştatlarla münasibətlər Rusiyanın Qafqazdakı ambisiyalarına qarşı balans yaradan bir hadisədir. Azərbaycan TRİPP marşrutunda Rusiyanın iştirakını Birləşmiş Ştatlarla müzakirələr fonunda nəzərdən keçirə bilər. Və Azərbaycan burada əsas qərarverici bir aktor olaraq öz sözünü deyəcək. Ona görə də Vensin səfəri geniş bir plandan xəbər verir".
Cavid