İran Hörmüz boğazı üzərində ABŞ dronunu vurub Dünya

İran Hörmüz boğazı üzərində ABŞ dronunu vurub

ABŞ-yə məxsus "MQ-9" pilotsuz uçuş aparatı İran ordusunun hava hücumundan müdafiə qüvvələri tərəfindən Hörmüz boğazının şərq hissəsi üzərindəki səmada məhv edilib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran ordusunun ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

"Hörmüz boğazının şərqindəki "MQ-9" pilotsuz uçuş aparatı aşkar edilib və ölkənin cənub-şərqində yerləşdirilən, vahid hava hücumundan müdafiə şəbəkəsinin idarəçiliyi altında fəaliyyət göstərən yerli HHM sistemlərinin atəşi ilə vaxtında məhv edilib", – deyə İran dövlət teleradio şirkətinin yaydığı bəyanatda bildirilir.

Məryəm Quliyeva