Tramp APEC sammitində Meksika və Kanada liderləri ilə görüşəcək Dünya

Tramp APEC sammitində Meksika və Kanada liderləri ilə görüşəcək

ABŞ Prezidenti Donald Tramp Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Meksika Prezidenti Klaudiya Şeynbaum və Kanadanın Baş naziri Mark Karni ilə görüşəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Ağ Evin adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.

Agentliyin həmsöhbətinin sözlərinə görə, hər iki görüş noyabrın 18-də baş tutacaq.

Məryəm Quliyeva