14:43
539
Avropa Komissiyası (AK) Rusiyaya qarşı 22-ci sanksiyalar paketinə Rusiya neftinin daşınmasına qadağanı daxil etməyi planlaşdırmır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
AK-da ehtiyat edirlər ki, yeni məhdudiyyətlər yenidən Avropa ölkələrinin müqaviməti ilə üzləşəcək. Oxşar vəziyyət 21-ci sanksiyalar paketində də yaşanmışdı – həmin vaxt paketdən neft daşınmasına qadağa və Rusiya balığının idxalına məhdudiyyətlər çıxarılaraq sənəd iki dəfə ixtisar edilmişdi.
Məryəm Quliyeva