14:36
553.jpg)
İran və "Hizbullah" hərəkatı Banqkokdakı İsrail səfirliyinə hücum hazırlamaq üçün altı tailandlı müsəlman din xadimini cəlb edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Iran International" nəşri məlumat yayıb.
Nəşrin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" bölməsinə yaxın mənbəyə və Qərb kəşfiyyatının nümayəndəsinə istinadən verdiyi məlumata görə, cəlbetmə prosesi "Qüds" qüvvələrinin göstərişi ilə "Hizbullah" tərəfindən həyata keçirilib. Sui-qəsdin ehtimal olunan iştirakçıları İranın Qum şəhərindəki "Əl-Mustafa" Beynəlxalq Universitetində təlim keçiblər.
Telekanalın iddiasına görə, planlaşdırılan hücumun qarşısını almaq mümkün olub. Bununla belə, əməliyyatın təfərrüatları və ehtimal olunan hücumun xarakteri açıqlanmır.
Məryəm Quliyeva