10:18
1 078
İsrail Hərbi Hava Qüvvələri son 24 saat ərzində İranın qərbində və mərkəzində 200-dən çox müxtəlif hədəfə hücum edib.
Xalqcebhesi.az xəbər verir ki, İsrail ordusunun mətbuat xidməti bu barədə məlumat yayıb.
Həmin gün ümumilikdə 20 genişmiqyaslı hava hücumu həyata keçirilib və bu hücumlara onlarla İsrail qırıcı təyyarəsi cəlb edilib. Raket buraxıcıları, hava hücumundan müdafiə sistemləri və silah fabrikləri zərbələrin hədəfi kimi göstərilib.