“Səhiyyə xərcləri sahəsinə təxminən 1.3 milyard manat vəsait ayrılıb” İqtisadiyyat

“Səhiyyə xərcləri sahəsinə təxminən 1.3 milyard manat vəsait ayrılıb”

“Hesabat ilində əhalinin sağlamlığının qorunması, səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması və əlçatanlığın təmin olunması məqsədilə səhiyyə xərcləri sahəsinə büdcədən təxminən 1.3 milyard manat vəsait ayrılıb”.

Bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu keçirilən iclasında çıxışı zamanı söyləyib.

Baş nazir bildirib ki, Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanın Əliyevanın daim diqqət və qayğısı ilə son illərdə 16 min şəhid ailəsinə və müharibə əlilinə, onların ailələrinə dövlət tərəfindən mənzillər verilib, müharibə zamanı 500-dən artıq əlil olmuş hərbçi dövlət tərəfindən ən müasir protezlərlə təmin edilib: “Ümumiyyətlə, 2025-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 21,2 mlrd. manat investisiya vəsaiti yönəldilib. İnvestisiyanın 74,8%-i qeyri-neft-qaz sektoruna, 25,2%-i neft-qaz sektoruna yönəldilib”.

Röya İsrafilova