“Neft bahalaşır, Azərbaycana valyuta axını artır” Gündəm

“Neft bahalaşır, Azərbaycana valyuta axını artır”

“Neftin qiymətinin artması Azərbaycanın valyuta daxilolmalarını əhəmiyyətli dərəcədə yüksəldir”.

Bunu iqtisadçı ekspert Rəşad Həsənov “Xalq Cəbhəsi”nə açıqlaması zamanı deyib.

Onun sözlərinə görə, bu proses ilk növbədə xarici ticarət saldosunun güclənməsinə, tədiyə balansının yaxşılaşmasına və strateji valyuta ehtiyatlarının artmasına səbəb olur:
“Azərbaycan gündəlik təxminən 450–500 min barel neft ixrac edir. Neftin qiymətində hər 1 dollar artım ölkəyə gündəlik orta hesabla 450–500 min dollar əlavə gəlir gətirir ki, bu da aylıq təxminən 15 milyon, illik isə 180 milyon dollar deməkdir. Hazırda neft qiymətlərində əvvəlki dövrlə müqayisədə təxminən 40 dollarlıq artım müşahidə olunur. Bu isə Azərbaycanın gündəlik təxminən 20 milyon dollar, aylıq 600 milyon dollar, illik isə 7 milyard dollardan çox əlavə ixrac gəliri əldə etməsi anlamına gəlir.

Onun fikrincə, bu tendensiya ölkənin maliyyə dayanıqlığını gücləndirən əsas faktorlardan biridir.

Günel Elxan