Eşqi Bağırov: 5 mindən çox şagird intizam tədbirinə cəlb olunub
Sel nəticəsində dağılan evlərin tikintisi həyata keçiriləcək
Keşlədə 61 fərdi ev təmir ediləcək, yararsız hala düşmüş məişət əşyalarına görə yardım veriləcək
Agentlik sədri: Şagirdlərin çantalarının yoxlanılması məktəblərdəki problemləri aradan qaldırmayacaq
11:04
567
“Prezident İlham Əliyevin Çex Respublikasının Baş naziri ilə keçirdiyi görüş Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun və ölkəmizin etibarlı tərəfdaş kimi qəbul olunmasının növbəti təsdiqidir”.
Bunu deputat Naqif Həmzəyev xalqcebhesi.az-a açıqlamasında bildirib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan ilə Çexiya arasında münasibətlər artıq yeni keyfiyyət mərhələsinə daxil olub və bu əməkdaşlıq təkcə siyasi deyil, iqtisadi, enerji, müdafiə sənayesi və investisiya sahələrində də strateji xarakter daşıyır:
“Prezident İlham Əliyevin vurğuladığı kimi, ticarət dövriyyəsinin 800 milyon dolları keçməsi əlaqələrin real nəticəsidir. Xüsusilə enerji sahəsində Azərbaycan Çexiya üçün mühüm tərəfdaşdır. Eyni zamanda qaz ixracı istiqamətində əməkdaşlığın genişləndirilməsi Avropanın enerji təhlükəsizliyi baxımından da mühüm əhəmiyyət daşıyır. Müdafiə sənayesində birgə istehsal imkanlarının müzakirəsi isə münasibətlərin daha dərin strateji mərhələyə keçdiyini göstərir.
Çexiyadan geniş iş adamları heyətinin Azərbaycana səfəri və biznes forumun keçirilməsi iqtisadi əlaqələrin daha da genişlənəcəyindən xəbər verir.
Bu gün Azərbaycan yalnız regionun deyil, Avropanın da mühüm əməkdaşlıq mərkəzlərindən birinə çevrilib. Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində ölkəmizin geosiyasi çəkisi daha da artır və tərəfdaş ölkələrlə münasibətlər dayanıqlı inkişaf edir”.
Günel Elxan