İran hərbi və "ABŞ-a müqavimət" təcrübəsini ŞƏT ölkələri ilə bölüşməyə hazırdır Gündəm

İran hərbi və "ABŞ-a müqavimət" təcrübəsini ŞƏT ölkələri ilə bölüşməyə hazırdır

İran digər dövlətlərlə, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrlə hərbi sahədə əməkdaşlıq etməyə hazırdır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran müdafiə nazirinin strateji planlaşdırma üzrə müavini, briqada generalı Talaei-Nik Rza bəyanat verib.

"Bu gün İran İslam Respublikası silahlı imkanlarını müstəqil ölkələrlə, xüsusən də ŞƏT üzvləri ilə bölüşməyə hazırdır", — deyə onun sözlərini Tasnim agentliyi sitat gətirib.

Rza əlavə edib ki, İran tərəfi digər dövlətlərlə "ABŞ-a qarşı müqavimət təcrübəsini" bölüşməyə də hazırdır.

Məryəm Quliyeva