Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
“Praktik nəticələr üçün ABŞ və Rusiyanın razılığı kifayət etmir”
Pezeşkian: Dəniz blokadası ABŞ-a öz məqsədlərinə çatmağa kömək etməyəcək
Dövlət başçısı: Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar, mən buna şübhə etmirəm
11:16
1 197
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Federasiyasına qarşı yeni sanksiya tədbirlərinin tətbiq edildiyini bəyan edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə o, çərşənbə günü öz "Telegram" kanalında məlumat paylaşıb.
"Bu gün Ukraynanın yeni sanksiya qərarları var – bunlar ukraynalı uşaqların qaçırılmasında iştirak edən Rusiya subyektlərinə və Rusiyanın "kölgə" donanmasının gəmilərinə qarşıdır.
Birinci sanksiya siyahısında ukraynalı uşaqların müvəqqəti işğal olunmuş ərazilərdən çıxarılması, onların kimliyinin məhv edilməsi və ailələrindən, Ukraynadan gizlədilməsi istiqamətində çalışan şəxslər yer alıb. Sanksiya tətbiq edilənlər arasında Rusiya dövlət sisteminin məmurları, müvəqqəti işğal olunmuş ərazilərdəki kollaborantlar və təbliğatçılar var.
İkinci sanksiya siyahısına Moskvanın neft ixracı üçün istifadə etdiyi 23 gəmi daxildir. Bu siyahının bir hissəsinə qarşı tərəfdaşlarımızın sanksiyaları artıq tətbiq olunub. Biz bütün sanksiya rejimlərimizin — tərəfdaşların Ukraynadakı sanksiyaları ilə Ukraynanın tərəfdaş yurisdiksiyalarındakı sanksiyalarının sinxronlaşdırılması üzərində işləyirik.
Yaxın vaxtlarda xüsusi əhəmiyyət kəsb edən daha bir sanksiya paketi hazırlayırıq", — deyə məlumatda bildirilir.
Məryəm Quliyeva