Pezeşkian: Dəniz blokadası ABŞ-a öz məqsədlərinə çatmağa kömək etməyəcək Gündəm

Pezeşkian: Dəniz blokadası ABŞ-a öz məqsədlərinə çatmağa kömək etməyəcək

İranın dəniz blokadasına alınması Fars körfəzi ölkələrinin maraqlarına ziddir və Birləşmiş Ştatlara İslam Respublikasına qarşı öz məqsədlərinə nail olmağa kömək etməyəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezeşkian bəyanat verib.

"Bu gün düşmənlərimiz öz yanaşmalarına düzəliş edərək, İran hökumətinə və xalqına qarşı yeni təzyiq vasitəsi kimi dəniz blokadası və dəniz ticarət yollarının fəaliyyətinin məhdudlaşdırılması strategiyasına əl atıblar. Dəniz blokadası tətbiq etmək və məhdudiyyətlər yaratmaq üçün hər hansı cəhd beynəlxalq hüquqa, region ölkələrinin maraqlarına, qlobal sülh və sabitliyə ziddir və heç bir effektiv nəticəsi olmayacaq", — deyə prezidentin mətbuat xidməti onun sözlərini sitat gətirib.

Məryəm Quliyeva