“Söhbət təkcə regiondan yox, dünyadan gedir”
8 May 19:52
İran sülh cavabını Pakistan vasitəsilə ABŞ-a göndərib
Tramp Netanyahunu əmin etdi: İranla uran məsələsində güzəşt olmayacaq
Dövlət başçısı: İkinci Qarabağ müharibəsi zamanı bizə təzyiqlər nəticə vermədi
Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşüb - YENİLƏNİB
Prezident: Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik
8 May 13:23
2 037
Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində sərnişin avtobusunun dərəyə aşması nəticəsində 4 nəfər həyatını itirib, 26 nəfər yaralanıb.
Xalqcebhesi.az xəbər verir ki, Pakistanın Bəlucistan əyalətinin Jhal Magsi bölgəsindən keçən M-8 magistral yolunda yol-nəqliyyat hadisəsi baş verib. Yerel polis rəsmilərindən alınan məlumata görə, Kharandan Larkanaya gedən sərnişin avtobusu Savandi və Barica bölgələri arasında sürücünün yüksək sürət səbəbindən sükan idarəetməsini itirməsi nəticəsində yoldan çıxaraq çay yatağına yuvarlanıb. Qəza zamanı aralarında bir qadın və bir körpənin də olduğu 4 nəfər həyatını itirib, 26 nəfər isə xəsarət alıb.
Qəzadan sonra hadisə yerinə gələn briqadalar yaralıları xəstəxanalara çatdırıblar. Rəsmilər bildiriblər ki, xəstəxanaya yerləşdirilən yaralılardan baş nahiyəsindən ağır zərbə alan 7 nəfərin vəziyyəti kritikdir və onlar daha mütəxəssis müalicəsi üçün Larkanaya göndəriliblər. Hüquq-mühafizə orqanları qəzanın yüksək sürət səbəbindən baş verdiyini təsdiqləyib, hadisə ilə bağlı araşdırmalar davam edir.
Məryəm Quliyeva
8 May 19:52
1 834
8 May 19:19
2 198
8 May 18:29
1 883