Lukaşenko Rusiyaya işgüzar səfərə yola düşüb
26 İyun 17:12
26 İyun 17:12
26 İyun 09:00
11 May 15:26
2 163
Avropa İttifaqı Rusiyanın 16 fiziki şəxsi və 7 təşkilatına qarşı sanksiyalar tətbiq edib.
Xalqcebhesi.az xəbər verir ki, məhdudiyyətlərə Rusiya Müdafiə Nazirliyinin Naximov Hərbi Dənizçilik Məktəbi, DOSAAF-ın Sevastopol şəhər regional bölməsi, həmçinin Rusiyanın beş uşaq mərkəzi daxil edilib. Brüssel bu təşkilatları Xüsusi Hərbi Əməliyyatın (XHƏ) əvvəlində döyüş zonasından təxliyə edilmiş uşaqların yerləşdirilməsində ittiham edir və bunu "qanunsuz deportasiya" adlandırır.
Qara siyahıya Evpatoriyadakı "Alıye parusa" Ümumrusiya Uşaq Mərkəzi, Tuapsedəki "Orlyonok" Ümumrusiya Uşaq Mərkəzi və digər təşkilatlar daxil edilib.
Avropa biznesinə və ictimai təşkilatlarına bu hüquqi şəxslərlə hər hansı maliyyə münasibətləri qurmaq qadağan edilib, onların Aİ banklarındakı aktivləri (əgər tapılarsa) dondurulmalıdır.
Məryəm Quliyeva
26 İyun 17:12
1 274
26 İyun 17:06
1 106
26 İyun 17:03
1 197