12:38
1 295
ABŞ kəşfiyyat birliyi, ABŞ-ın Karib dənizi respublikasına hücum edəcəyi təqdirdə Kubanın göstərə biləcəyi mümkün cavab addımlarını təhlil etməyə başlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "CBS News" telekanalı mənbələrə istinadən məlumat yayıb.
Agentliyin adı açıqlanmayan iki mənbənin verdiyi məlumata görə, Pentaqonun və ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin (DIA) analitikləri bu təhlillərə cari ayın əvvəlində başlayıblar. Eyni zamanda, ABŞ Prezidenti Donald Trampa təqdim olunmaq üçün hərbi müdaxilə ssenarilərinin öyrənilməsi istiqamətində də işlər aparılır. "CBS News" qeyd edir ki, bu cür proqnozlarda ABŞ hərbçilərinin addımlarının mümkün nəticələri və bundan sonra yarana biləcək reaksiya əks olunur. Çox vaxt bu hərəkət variantları Vaşinqton administrasiyasının rəhbərinə baxılması üçün göndərilir.
Məryəm Quliyeva