Kriptobirjada əsas aktivlər həftəyə enişlə başlayıb İqtisadiyyat

Kriptobirjada əsas aktivlər həftəyə enişlə başlayıb

Son sutkada kriptovalyuta bazarında eniş davam edib.

Qlobal kriptovalyuta bazarında satış təzyiqi davam edir. Son 24 saatda bazarın ümumi kapitallaşması 0,9% azalaraq 2,48 trilyon dollara düşüb.

Bazarın ən böyük aktivi olan "Bitcoin"in qiyməti son 24 saatda 0,89% azalaraq 73 417,79 dollar təşkil edib. "Ethereum"un qiyməti 1,59% azalaraq 1 997,69 dollara, "BNB"nin qiyməti isə 4,92% azalaraq 696,64 dollara enib.

Qızılın qiymətinə bağlı rəqəmsal aktivlərdə də geriləmə qeydə alınıb. "PAX Gold"un qiyməti 0,28% azalaraq 4 502,80 dollara, "Tether Gold"un qiyməti isə 0,16% azalaraq 4 493,24 dollara düşüb.

Digər iri kriptovalyutalardan "Monero"nun qiyməti 3,27%, "Bittensor"un qiyməti 2,56%, "Bitcoin Cash"ın qiyməti isə 1,67% azalıb. Əksinə, "Zcash"ın qiyməti 3,42% artım göstərib.

Bazar əhvalını əks etdirən Fear & Greed Index 35 bənd səviyyəsində qərarlaşıb ki, bu da investorlar arasında qorxu və ehtiyatlı davranışın üstünlük təşkil etdiyini göstərir.

Kriptovalyuta bazarındakı azalma investorların riskli aktivlərdən çıxması, mənfəət realizasiyasının güclənməsi və ABŞ-da faiz dərəcələrinin yüksək qalacağına dair gözləntilərin risk iştahasını zəiflətməsi ilə əlaqələndirilir.