Prezident İlham Əliyev Bakı 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir
KİV: İsrail ABŞ-dan Livana qarşı zərbələri genişləndirməyi xahiş edir
DİM ödəniş müqabilində imtahan balının artırılması ilə bağlı çağırışlar barədə xəbərdarlıq edib
Şəhid övladlarının iştirakı ilə “Yol Polisimizlə bir gün” adlı tədbir keçirilib
08:54
665
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner iki həftə ərzində Ukraynaya gələ bilərlər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə prezident Volodimir Zelenski "CBS News" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, o, potensial səfərin müddəti barədə məlumatı danışıqlar qrupundan alıb.
"Bəli, biz onların Kiyevə gələcəyinə ümid edirik. Ümid edirəm ki, onlar iki həftədən sonra bura gəlmək imkanı tapacaqlar. Hər halda, öz danışıqlar qrupumdan belə bir mesaj almışam. Onlar mənə bildirdilər ki, Stiv və Caredlə təmasda olublar və rəsmilər Ukraynaya gəlib danışıqlar aparmağa hazır olduqlarını ifadə ediblər", — deyə Zelenski bildirib.
Bununla belə, dövlət başçısı qeyd edib ki, bu səfər Yaxın Şərqdəki vəziyyətdən asılıdır. Zelenski "ABŞ-ın danışıqlar qrupunu Ukraynada görməyin" zəruri olduğunu vurğulayıb və Kuşnerlə Uitkoffun indiyədək Kiyevə heç vaxt səfər etmədiklərini xatırladıb.
Məryəm Quliyeva