KİV: İsrail ABŞ-dan Livana qarşı zərbələri genişləndirməyi xahiş edir Dünya

KİV: İsrail ABŞ-dan Livana qarşı zərbələri genişləndirməyi xahiş edir

Yüksəksəviyyəli İsrail rəsmiləri ABŞ-ın baş dövlət məmurlarına müraciət edərək, İsrail Müdafiə Ordusuna (SAXAL) Beyruta endirilən zərbələri genişləndirməyə icazə verilməsini istəyiblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzetinə iki mənbə məlumat verib.

Mənbələrin bildirdiyinə görə, İsrail rəsmiləri həm Vaşinqtonla Tehran, həm də İsraillə Livan arasındakı danışıqlarda irəliləyişin olmaması fonunda ABŞ-ın cavabının müsbət olacağına ümid edirlər.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Dövlət katibi Marko Rubionun atəşkəslə bağlı yeni təşəbbüs irəli sürmək məqsədilə son 48 saat ərzində Livan prezidenti Cozef Aun və İsrailin Baş naziri Netanyahıu ilə danışıqlar apardığı bildirilirdi.

Məryəm Quliyeva