09:36
581
Demokratlar Partiyasından olan senator Kris Kuns bəyan edib ki, İran Amerika Birləşmiş Ştatları və İsrailin hücumundan əvvəlki dövrlə müqayisədə daha da güclənib.
Xalqcebhesi.az xəbər verir ki, onun sözlərini "Fox News" telekanalı sitat gətirib.
"Düzünü desəm, İran 90 gün əvvəlki, yəni bu müharibədən əvvəlki vaxtla müqayisədə daha güclü olub. Çünki o, öz ucuz pilotsuz uçuş aparatlarından (PUA) yalnız Hörmüz boğazını bağlamaq üçün deyil, həm də regiondakı tərəfdaşlarımıza və müttəfiqlərimizə hücum etmək, neft-qaz infrastrukturuna ziyan vurmaq, səfirliklərimizə və bazalarımıza zərbələr endirmək üçün istifadə etdi", — deyə Kuns bildirib.
Onun sözlərinə görə, Vaşinqton İranın Hörmüz boğazındakı hərəkətlərinə qarşı daha güclü və effektiv cavab tədbirləri tapmalıdır.
Məryəm Quliyeva