09:17
1 358
ABŞ vurulmuş "Apache" helikopterinə cavab olaraq artıq bir neçə saatdır İrana zərbələr endirir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
"İyunun 9-da ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) qüvvələri Baş Komandanın tapşırığı ilə ABŞ Ordusuna məxsus "Apache" helikopterinin dünənki qəzasına cavab olaraq İrana qarşı özünümüdafiə zərbələrinin endirilməsini başa çatdırıb.
CENTCOM qüvvələri ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin qırıcılarından istifadə etməklə Hörmüz boğazı bölgəsində İranın hava hücumundan müdafiə vasitələrini, yerüstü idarəetmə stansiyalarını və radiolokasiya müşahidə stansiyalarını dəqiq idarə olunan sursatlarla vurub. Bu əməliyyat regional sulardan keçən Amerika qoşunlarına və beynəlxalq kommersiya gəmilərinə qarşı son hücumlara mütənasib cavab olub.
ABŞ Silahlı Qüvvələri sayıqlığını qoruyur və İranın əsassız hərəkətlərindən müdafiə olunmağa hazırdır", — deyə məlumatda bildirilir.
Məryəm Quliyeva