14:51
574
Rusiya-Ukrayna müharibəsi fonunda Ukraynanın müəyyən istiqamətlərdə taktiki üstünlük əldə edir. Xüsusilə Ukrayna Prezidenti Volodimir Zelenskinin Londona səfəri və burada Almaniya, Fransa, eləcə də Böyük Britaniya rəhbərləri ilə keçirdiyi görüşlər göstərir ki, Avropanın aparıcı dövlətləri Ukraynaya dəstəyi daha da gücləndirib.
Bunu xalqcebhesi.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.
"Göründüyü kimi, müharibə yeni mərhələyə daxil olur və bu mərhələdə Avropa ölkələri Rusiyaya qarşı siyasi, iqtisadi və hərbi təzyiq imkanlarını genişləndirməyə çalışırlar. Bu siyasət Rusiyanı müəyyən mənada danışıqlar masasına yaxınlaşdırır. Son dövrlərdə həm Rusiya Prezidenti Vladimir Putin, həm də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə birbaşa danışıqların mümkünlüyünə dair açıqlamalar verirlər.
Bu isə onu göstərir ki, Ukraynanın Rusiyanın hərbi infrastrukturuna və logistika obyektlərinə endirdiyi zərbələr, eləcə də cəbhə xəttində Rusiyanın gözlənilən nəticələri əldə edə bilməməsi Moskvanı diplomatik variantları nəzərdən keçirməyə vadar edir" - politoloq deyib.
Onun fikrincə, eyni zamanda, Ukraynanın strateji məqsədlərindən biri Krım istiqamətində Rusiyanın logistika imkanlarını məhdudlaşdırmaqdır. Ukrayna Donbasla Krım arasında yerləşən əsas nəqliyyat-kommunikasiya xətlərinə nəzarəti gücləndirməyə çalışır. Bu istiqamətdə əldə olunacaq uğurlar Krımın Rusiyanın digər əraziləri ilə quru əlaqələrinin zəifləməsinə səbəb ola bilər.
Bununla yanaşı, Krımın tam mühasirəyə alınması və ya yaxın perspektivdə hərbi əməliyyatlarla geri əməliyyatları baş verə bilər. Ukrayna birbaşa Krım istiqamətində yeni cəbhə açması mümkündür. Bunun üçün həm hərbi, həm də siyasi baxımdan bir sıra mühüm şərtlər formalaşır:
"Hesab edirəm ki, yaxın perspektivdə Rusiya və Ukrayna arasında danışıqlar prosesinin yenidən aktivləşməsi mümkündür. Belə bir proses baş verərsə, beynəlxalq vasitəçilərin və Avropanın aparıcı dövlətləri olan Almaniya, Fransa və Böyük Britaniyanın bu danışıqlarda müəyyən rol oynaması istisna edilmir. Lakin sülh prosesinin uğuru tərəflərin qarşılıqlı kompromisə nə dərəcədə hazır olacağından asılı olacaq. Yeni danışıqların Türkiyə də keçirilməsi mümkündür".
Cavid