Mayın əvvəlindən bəri Hörmüz boğazından 800-dən çox ticarət gəmisi keçib
Ukraynanın üç regionunda elektrik enerjisinin kəsilməsi qeydə alınıb
ABŞ-nin İrana yeni zərbələri qeyri-rəsmi olaraq "Şillə" əməliyyatı adlandırılıb
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndəriləcək
“Münasibətlərin tam normallaşdığını söyləmək hələ mümkün deyil”
12 İyun 15:35
2 373
Kəlbəcər rayonunun aqrar potensialının səmərəli istifadəsi regionun sosial-iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
APA-nın Qrabağ bürosunun məlumatına görə, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev deyib.
Xüsusi nümayəndə qeyd edib ki, kənd təsərrüfatı, heyvandarlıq, arıçılıq və digər aqrar sahələrin inkişafı istiqamətində həyata keçirilən tədbirlər bölgədə yeni iqtisadi imkanların formalaşmasına xidmət edir.
Onun sözlərinə görə, mövcud Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan layihələr investisiya mühitinin yaxşılaşdırılmasına, sahibkarlığın genişlənməsinə və yeni iş yerlərinin yaradılmasına təkan verəcək.
Bəşir Hacıyev vurğulayıb ki, Kəlbəcərin zəngin təbii resursları və əlverişli ekoloji şəraiti bu sahələrin inkişafı üçün geniş imkanlar yaradır və gələcək mərhələdə bu potensialın daha səmərəli reallaşdırılması nəzərdə tutulur.