İsveç səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb
Sertifikasiya üzrə test imtahanının ikinci günündə 3 mindən çox müəllim iştirak edib
Reuters: ABŞ-İran sazişindən dərhal sonra ilk supertankerlər Hörmüz boğazından keçdi
Zahid Oruc: ”Gələcəyin zənginlik və kasıblıq bölgüsündə meyarlar dəyişir”
16:53
784
İyunun 22-də Bakıda İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası öz işinə başlayacaq.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, 40-dan çox ölkənin parlament nümayəndə heyətinin, 10-dan çox ölkə spikerinin və 10 beynəlxalq təşkilatın nümayəndələrinin qatılacağı sessiyada “Parlament əməkdaşlığı vasitəsilə İƏT üzvü olan dövlətlərdə dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqi” mövzusunda müzakirələr aparılacaq. Tədbirdə 400-dən artıq nümayəndənin iştirakı gözlənilir.
Tədbir çərçivəsində təşkilatın Baş Komitəsinin, İcraedici komitəsinin, Baş Katiblər Assosiasiyasının, Siyasi məsələlər və beynəlxalq əlaqələr, İqtisadi məsələlər və ətraf mühit, Hüquqi və mədəni, sivilizasiyalar və dinlərarası dialoq məsələləri, İnsan hüquqları, qadın və ailə məsələləri komitələrinin, həmçinin qurumun digər strukturlarının iclasları keçiriləcək, gündəlikdəki sənədlərə münasibət bildiriləcək.
Sessiya iyunun 25-də başa çatacaq.