"Ölkəmiz xarici investorlar üçün etibarlı tərəfdaşa çevirib"
28 Sentyabr 15:53
28 Sentyabr 15:53
28 Sentyabr 14:15
28 Sentyabr 13:53
28 Sentyabr 13:24
18 İyun 17:43
3 542
““Süni intellekt dövründə insan hüquqları: İmkanlar, risklər və məsuliyyətlər” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammiti qlobal rəqəmsal transformasiyanın insan hüquqlarına təsirinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Alim Nəsirov deyib.
A.Nəsirov qeyd edib ki, süni intellekt texnologiyalarının sürətli inkişafı dövlət idarəçiliyindən səhiyyəyə, təhsildən məhkəmə sisteminə qədər bir çox sahədə yeni imkanlar yaratsa da, şəxsi məlumatların qorunması, diskriminasiya riskləri, alqoritmik qərarların şəffaflığı və insan hüquqlarının təminatı kimi məsələləri də gündəmə gətirir: “Bu baxımdan sammit beynəlxalq təcrübənin öyrənilməsi və ortaq yanaşmaların formalaşdırılması üçün vacib platformadır”.
Onun sözlərinə görə, Bakıda keçirilən belə bir tədbir Azərbaycanın qlobal humanitar və hüquqi dialoq mərkəzi kimi rolunun güclənməsinə də xidmət edir: “Müxtəlif ölkələrdən ombudsmanların, insan hüquqları institutlarının və ekspertlərin iştirakı süni intellektin etik və hüquqi çərçivələrinin müəyyənləşdirilməsi istiqamətində əməkdaşlığın genişlənməsinə şərait yaradır. Sammitin nəticələri gələcəkdə texnoloji inkişafla insan hüquqlarının qorunması arasında balansın təmin olunmasına dair yeni tövsiyə və yanaşmaların ortaya çıxmasına töhfə verə bilər”.
Röya İsrafilova
28 Sentyabr 18:30
896
28 Sentyabr 18:23
854
28 Sentyabr 13:26
854