Kiyevdə matəm günü elan edilib Gündəm

Kiyevdə matəm günü elan edilib

İyulun 7-si Kiyevdə paytaxta edilən ən kütləvi Rusiya hücumlarından birinin qurbanlarının xatirəsinə Matəm Günü elan olunub.

Xalqcebhesi.az xəbər verir ki, Kiyev meri Vitali Kliçkonun bəyan etdiyinə görə, həmin gün bütün kommunal binalarda bayraqlar endiriləcək. Şəhər hakimiyyəti həmçinin dövlət və özəl mülkiyyət obyektlərində də dövlət bayraqlarının endirilməsini tövsiyə edib. Bundan əlavə, paytaxtda hər hansı əyləncəli tədbirlərin keçirilməsinə qadağa qoyulub.

Son məlumatlara görə, hücum nəticəsində Kiyevdə 11 nəfər həlak olub, daha 60 nəfər isə yaralanıb. Zərərçəkənlər arasında üç uşaq da var.

Məryəm Quliyeva