12:37
672
“Yayda yol-nəqliyyat hadisələrinin sayı artır. Buna təsir göstərən faktor insanların tətilə getməkləridir. Yəni insanlar nəqliyyat vasitəsilə çox vaxt bölgələrə tətilə gedirlər. Bu zaman yolda intensivlik çoxalır”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyib.
Y.Mustafayev qeyd edib ki, insanlar tətildə olduqları zaman spirtli içkilər qəbul edərək avtomobil idarə edirlər: “Eyni zamanda, sürücülük vəsiqəsi olmayanlar müəyyən təcrübə keçmək üçün qanunsuz olaraq avtomobil idarə edilər. Yəni yayda yol-nəqliyyat hadisələrinin çoxalma səbəbi bütün bunlardır. Bizim tövsiyəmiz odur ki, insanlar istirahətə gedib dincəlmək əvəzinə bədbəxtliklə rastlaşmamaq üçün son dərəcə diqqətli olsunlar, yol-hərəkəti qaydalarına əməl etsinlər, spirtli içki qəbul etməsinlər, sürücülük vəsiqəsi və təcrübəsi olmayanlar nəqliyyat vasitələrini idarə etməsinlər. Əsasən də hadisələr sürət həddini aşmaqla baş verir. Sürət həddinə maksimum dərəcədə əməl etsinlər”.
Röya İsrafilova