16:31
672
Birləşmiş Ştatlar artıq yaxın iki gün ərzində İranla saziş bağlaya bilər ki, bu da o cümlədən Hörmüz boğazında gəmiçiliyi normallaşdırmağa imkan verəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ-nin Maliyyə naziri Skott Bessent bəyan edib.
"Biz iranlılarla danışıqlar aparırıq və bu gün və ya sabah Hörmüz boğazını açmaq və bu münaqişədə daha normallaşdırılmış mövqeyə doğru irəliləmək üçün saziş bağlamaq ehtimalımız var", — deyə o, "CNBC" telekanalının efirində bildirib.
Bessentin sözlərinə görə, saziş bu su yolu ilə naviqasiya vasitəsilə gəmiçilik azadlığını nəzərdə tutacaq.
Məryəm Quliyeva