11:44
924
Çin Xalq Azadlıq Ordusu və Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Hava Qüvvələri (HHQ) Çinin şimal-qərbindəki Sintszyan-Uyğur Muxtar Rayonunun Xotan dairəsində "Falcon Shield 2026" birgə təlimləri keçirəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinə istinadən "Xinhua" agentliyi məlumat yayıb.
Təlimlər avqustun sonundan sentyabrın ortalarınadək davam edəcək. Təlimlər çərçivəsində komandanlıq-qərargah simulyasiyaları, uçuş hazırlığı və qarışıq birləşmələrdə döyüş bölmələrinin iştirakı ilə manevrlər təşkil olunacaq.
"Falcon Shield 2026" bu seriyadan olan dördüncü təlim olacaq. Çin Müdafiə Nazirliyi bəyan edib ki, təlimlər hərbçilərin taktik imkanlarının artırılmasına və iki ölkə arasında praktiki əməkdaşlığın möhkəmləndirilməsinə yönəlib.
Məryəm Quliyeva