Dağıstanda zəlzələ baş verib Dünya

Dağıstanda zəlzələ baş verib

Dağıstanda 3,6 bal gücündə zəlzələ baş verib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat verib.

"21.08.2026-cı il tarixində saat 10:04-də Dağıstan Respublikasında, Tabasaran rayonunda, Marağa kəndi yaxınlığında seysmik hadisə qeydə alını. Zəlzələnin gücü 3,6 bal, dərinliyi 7 kilometr təşkil edib", – deyə məlumatda bildirilir.

Xəsarət alanlar və infrastruktura dəyən ziyan barədə məlumat daxil olmayıb.

Məryəm Quliyeva