13:24
539
ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı İranla danışıqlar apardığına görə Omana zərbələr endirəcəyi ilə bağlı son hədələri sultanlıq rəhbərliyində təəccüb doğurub və onlar üçün gözlənilməz olub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Oman mənbələrinə istinadən "Al-Monitor" portalı məlumat verib.
"Biz çaşqınlıq içindəyik. Səmimi desək, biz bunu (hədələri) ciddi qəbul etmirik", – deyə portalın həmsöhbətlərindən biri qeyd edib.
Portalın bildirdiyinə görə, Oman hakimiyyəti İranla aparılan danışıqların bütün mərhələləri barədə ABŞ-ni məlumatlandırıb və Vaşinqton tərəfindən heç bir mənfi reaksiya ilə qarşılaşmayıb. Oman rəsmilərinin fikrincə, Trampın bu açıqlamaları daha çox İranla danışıqların pozulmasına görə məsuliyyəti başqa ölkənin üzərinə atmaq ehtiyacı ilə bağlıdır. "Tramp müharibənin uğursuzluğuna görə günahkar axtarmağa çalışır", – deyə mənbələrdən biri bildirib.
Məryəm Quliyeva