Ötən ay Türkiyədə 78 güclü meteoroloji hadisə qeydə alınıb Dünya

Ötən ay Türkiyədə 78 güclü meteoroloji hadisə qeydə alınıb

Türkiyədə iyul ayında əksəriyyəti dolu, leysan və sel olmaqla, ümumilikdə 78 güclü meteoroloji hadisə baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin Hidrometeorologiya Baş İdarəsinin iyul ayı üzrə hesabatında bildirilib.

Məlumatlara görə, ötən ay Türkiyə üzrə müxtəlif növ meteoroloji hadisələr qeydə alınıb ki, bunların da təxminən 45 faizini güclü yağış və sel təşkil edib.