Rusiya hərbçiləri DXR-dəki Zelyonoye kəndi üzərində nəzarəti ələ keçirdiyini açıqlayıb Gündəm

Rusiya hərbçiləri DXR-dəki Zelyonoye kəndi üzərində nəzarəti ələ keçirdiyini açıqlayıb

Rusiya hərbçiləri DXR-də Zelyonoye yaşayış məntəqəsi üzərində nəzarəti təmin ediblər. Həmçinin bir həftə ərzində xüsusi hərbi əməliyyat zonasında 10 yaşayış məntəqəsi Rusiyanın nəzarətinə keçib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə cümə günü Rusiya Müdafiə Nazirliyi bəyan edib.

"Cari ilin 20 avqust tarixində Donetsk Xalq Respublikasının Zelyonoye yaşayış məntəqəsi azad edilib", – deyə qurumun məlumatında bildirilir.

Məlumatlara görə, ötən həftə "Şimal" qoşun qruplaşması Xarkov vilayətinin Kudiyevka yaşayış məntəqəsini nəzarətə götürüb.

"Ötən həftə "Cənub" qoşun qruplaşmasının bölmələrinin fəal hücum əməliyyatları nəticəsində Donetsk Xalq Respublikasının Perşomaryevka, Orexovatka və Nikolaypolye yaşayış məntəqələri azad edilib", – deyə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Rusiya hərbçilərinin verdiyi məlumata əsasən, "Şərq" qruplaşması həftə ərzində Zaporojye vilayətinin Rıbalskoye və Novosoloşino yaşayış məntəqələri üzərində nəzarəti bərqərar edib.

Həmçinin həftə ərzində "Mərkəz" qruplaşmasının bölmələri DXR-də Andreyevskaya Obşina, Krasnopodolye, Vodyanskoye və Matyaşevo yaşayış məntəqələrini nəzarətə götürüblər.

Məryəm Quliyeva