14:44
392
İstanbullun Qara dəniz sahilində yerləşən Arnavutköy rayonunda sahilə pilotsuz uçuş aparatı (PUA) aşkar edilib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "IHA" agentliyi məlumat verib.
Yerli balıqçıların siqnalı ilə hadisə yerinə gələn xilasedicilər Sahil Mühafizəsinə xəbər verib və partlayıcı maddənin ola biləcəyi ehtimalı ilə Hərbi Dəniz Qüvvələrinin istehkamçılarını çağırıblar. Hərbçilər PUA-ya baxış keçiriblər və təhlükəsizlik tədbiri kimi onu partladacaqlarını bildiriblər.
Avqustun 17-də İstanbullun elə həmin rayonunda döyüş sursatı tapılmışdı. Həm PUA-nın, həm də döyüş sursatının kəşfiyyata və ya hansı tərəfə məxsus olduğu hələlik məlum deyil.
Türkiyənin Qara dəniz sahili əyalətlərində son zamanlar dəfələrlə PUA qalıqları, o cümlədən partlayıcı maddə ilə təchiz olunmuş aparatlar tapılıb. Bir müddət əvvəl sahilə pilotsuz kater də çıxmışdı və istehkamçılar tərəfindən zərərsizləşdirilmişdi.
Məryəm Quliyeva