ABŞ-nin zərbələri nəticəsində Lavan adasında üç İran milisi həlak olub Gündəm

ABŞ-nin zərbələri nəticəsində Lavan adasında üç İran milisi həlak olub

ABŞ-nin zərbələri nəticəsində Lavan adasında İranın "Bəsic" hərbi qüvvələrinin üç döyüşçüsü həlak olub.

Xalqcebhesi.az xəbər verir verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində bir neçə milis də xəsarət alıb, lakin onların dəqiq sayı açıqlanmır.

Daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrandakı hədəflərə bir sıra zərbələr endirildiyini bəyan etmişdi. "Press TV" telekanalının məlumatına görə, partlayışlar ölkənin cənub sahillərində, o cümlədən Qeşm adasında və bir sıra şəhərlərdə baş verib.

Məryəm Quliyeva