İran əməliyyatında iştirak edən ABŞ aviadaşıyıcısı Tailandda lövbər salıb
Türkiyədə təhsilini bitirən Azərbaycan hərbçilərinə diplomlar təqdim edilib
ANAMA və ASEAN Regional Minatəmizləmə Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb - FOTO
Sel Qəbələ-Laza avtomobil yolunda fəsadlara səbəb olub- FOTO
13:28
350.jpg)
İrana qarşı ABŞ əməliyyatında iştirak edən ABŞ Hərbi Dəniz Qüvvələrinin "Abraham Lincoln" aviadaşıyıcısı çərşənbə günü Tailandın Çonburi əyalətindəki Ləm-Çabanq limanında lövbər salıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Eyni zamanda, "USS Frank E. Petersen Jr." esminesi qonşu Siraça limanında, "USS Robert Smalls" raket kreyseri isə Ma Ta Phutda dayanib.
5 min hərbçinin çoxunun yaxınlıqda yerləşən məşhur istirahət şəhəri Tailandın Pattayya kurortuna baş çəkəcəyi gözlənilir. Yerli hakimiyyət orqanları bunun yerli iqtisadiyyata müsbət təsir göstərəcəyini qeyd edərək bu imkanı məmnunluqla qarşılayıblar. Lakin eyni zamanda ərazidə təhlükəsizlik tədbirləri artırılıb.
Agentlik xatırladır ki, aviadaşıyıcı 286 gün dənizdə olub və bu, onun ilk tamfəal dayanacağıdır. Komandanlıq gəmi ABŞ bazasına yola düşməzdən əvvəl hərbçilərə istirahət veriləcəyini bildirib.
Bununla belə, daha əvvəl dəniz səfəri zamanı aviadaşıyıcıda ərzaq və gigiyena vasitələrinin çatışmazlığının müşahidə olunduğu, heyətin psixi vəziyyətində pisləşmə qeydə alındığı barədə məlumatlar yayılmışdı.
Məryəm Quliyeva
13:04
609
11:48
847
11:26
539