10 Sentyabr 19:15
1 148
“Azərbaycan və Qazaxıstan arasında Xəzər üzərindən sərnişin daşınması əvvəlki illərdə mövcud idi. Lakin pandimeya şəraiti ilə əlaqədar olaraq bir neçə ildir ki, bu marşrut fəaliyyət göstərmir. Hava nəqliyyatı fəaliyyət göstərsə də bu da əsasən vətəndaşların büdcəsinə uyğun deyildi. Sərnişin reysinin yeniden bərpası isə vətəndaşların rahatlığı ilə yanaşı, biznes mühiti üçün də əlverişli şərait yaradacaq”.
Bunu xalqcebhesi.az-a iqtisadçı Günay Hüseynova deyib.
Onun sözlərinə görə, Orta Dəhliz vasitəsi ilə Mərkəzi Asiyaya, eyni zamanda, Avropaya çıxış olacaq və beləliklə də bu, iqtisadi inkişafa öz töhfəsini verəcək: “Vətəndaşların narahatlığına səbəb olacaq əsas məsələlər - bilet məsələsi, limanın infrastrukturu daşınma ilə bağlı məsələlərdir. Düşünürəm ki, şəffaflıq və vətəndaşlar üçün biletlərin əlçatan olması ilk növbədə daha məqsədəuyğun olar”.
G.Hüseynova əlavə edib ki, bundan əlavə təkcə sərnişin nəqliyyatı ilə deyil biznes mühitinin inkişafı ölkə iqtisadiyyatına gəlirliliyi baxımdan da iqtisadi fayda təşkil etməlidir: “Müsbət ticarət saldosu, eyni zamanda, Qazaxıstan vasitəsi ilə digər bazarlara çıxış, ixrac arenasının genişləndirilməsi iqtisadi fayda verə bilər”.
Röya İsrafilova