13:09
623
Qətər hakimiyyəti Hörmüz boğazı açıldıqdan sonra bir neçə həftə ərzində durulaşdırılmış təbii qaz (LNG) istehsalını bərpa etməyə hazırdır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Qətərin energetika məsələləri üzrə dövlət naziri, "QatarEnergy" şirkətinin rəhbəri Saad ben Şarida əl-Kaabi bəyan edib.
"Biz bir neçə həftə ərzində normal fəaliyyətimizə qayıda biləcəyik", - deyə o, Nyu-Yorkda keçirilən Qətər İqtisadi Forumu zamanı bildirib.
Bundan əlavə, Qətərin dövlət naziri vurğulayıb ki, ölkənin əlavə LNG istehsal xətlərini nə vaxt istismara verəcəyi Hörmüz boğazının açılmasından asılı olacaq. O əlavə edib ki, hazırda ölkə Hörmüz boğazı vasitəsilə, o cümlədən İran tərəfinin müəyyən etdiyi dəhlizlərlə öz LNG-sinin "kiçik bir hissəsini" ixrac edir.
Məryəm Quliyeva