Tramp Cənubi Çin dənizindəki vəziyyətdən narahat olmadığını bildirib Dünya

Tramp Cənubi Çin dənizindəki vəziyyətdən narahat olmadığını bildirib

ABŞ administrasiyasının rəhbəri Donald Tramp Cənubi Çin dənizindəki vəziyyətdən narahat olmadığını bildirib.

Xalqcebhesi.az xəbər verir ki, Manilada Filippin Prezidenti Ferdinand Markos kiçiklə görüşü zamanı jurnalistlərin sualını cavablandıran Amerika lideri, "Heç narahat deyiləm. Məsələ həll olunacaq", - deyə bəyan edib.

Qeyd edək ki, Pekin bir neçə onillikdir ki, şelfində böyük karbohidrogen ehtiyatlarının aşkarlandığı Cənubi Çin dənizinin ayrı-ayrı rayonlarının mənsubiyyəti ilə bağlı bir sıra ölkələrlə mübahisə aparır. Söhbət Sişa (Parasel adaları), Nanşa arxipelaqı (Spratli) və Xuan-Yan rifindən (Skarboro) gedir – bu məsələlər Bruney, Vyetnam, Malayziya və Filippinə aiddir.

Məryəm Quliyeva