08:32
973
Birləşmiş Ştatlar administrasiyası Fransada baş verənlərin ölkədə təkrar olunmaması üçün etirazçılarla çox sərt rəftar edəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib.
"Bilirsiniz, bu insanlar dəlidir. Son üç-dörd gündə Fransada belə dəlilərin öz ölkələrini necə məhv etdiyini gördük. Biz, yeri gəlmişkən, buna dözmək niyyətində deyilik. Əgər potensial təhlükə yaranarsa, ümid edirəm, onlarla çox, çox sərt rəftar etsəm acıqlanmazsınız, çünki məhz belə olacaq. O zaman onlar ölkəmizi məhv edə bilməyəcəklər", - deyə Amerika lideri Şimali Karolina ştatında tərəfdarları qarşısında çıxış edərkən bildirib.
Məryəm Quliyeva