“Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaşdır”
20 Oktyabr 18:09
20 Oktyabr 18:09
20 Oktyabr 15:01
20 Oktyabr 13:53
20 Oktyabr 13:49
08:20
518
İraq hökuməti İranla sərhəddəki keçid-buraxılış məntəqələrinin (KPM) böyük hissəsini "sonrakı bildirişədək" bağlayıb.
Xalqcebhesi.az xəbər verir ki, "Shafaq News" portalının iddiasına görə, bu addım Bağdadın sentyabr ayında Səudiyyə Ərəbistanına İraq ərazisindən edilən hücumlarda "Tehranın əli olduğuna dair sübutlar" əldə etməsindən sonra atılıb.
Mənbənin məlumatına görə, İranla sərhəddəki KPM-lərin bağlanması barədə sərəncamı şəxsən ölkənin Baş naziri Əli əl-Zeydi verib. İraq hakimiyyəti hesab edir ki, İslam Respublikası Səudiyyə Ərəbistanının "Şərq - Qərb" neft kəmərinə endirilən zərbədə təkcə pay sahibi deyil, həm də Səudiyyə Ərəbistanına qarşı hücumlarda istifadə olunan dronların yığılması üçün ehtiyat hissələrini sərhədyanı ərazilərə idxal edib.
İraq və İranın rəsmi hakimiyyət orqanları hələlik bu məlumatı şərh etməyiblər.
"Şərq - Qərb" neft kəmərinə zərbə sentyabrın 11-də endirilib. Növbəti gün, sentyabrın 12-də İraq Baş naziri neft kəmərinə hücum edən PUA-ların Meysan əyalətindən buraxıldığına dair məlumatların təsdiqlənməsindən sonra həmin əyalətin əməliyyat komandanlığını vəzifəsindən kənarlaşdırıb.
Məryəm Quliyeva