Azərbaycanla BMT arasında Anlaşma Memorandumu təsdiq edilib Siyasət

Azərbaycanla BMT arasında Anlaşma Memorandumu təsdiq edilib

“Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu” təsdiq edilib.

Memorandum Prezident İlham Əliyevin imzaladığı Qanunla təsdiqlənib.

Qeyd edək ki, Memorandum 2026-cı il sentyabrın 1-də Bonn şəhərində və 2026-cı il sentyabrın 2-də Bakı şəhərində imzalanıb.