Azərbaycanın gənc cüdoçu qızları Daşkənddə hazırlıq keçib İdman

Azərbaycanın gənc cüdoçu qızları Daşkənddə hazırlıq keçib

Cüdo üzrə gənc qızlardan ibarət Azərbaycan millisi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edib.

Teleqraf-ın məlumatına görə, hazırlıq prosesinə gənc qızlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar və yeniyetmə qızlardan ibarət millinin baş məşqçisi Elnur İsmayılov rəhbərlik ediblər.

Təlim-məşq toplanışı 24–25 oktyabr tarixlərində Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək gənclər arasında Qran-Pri turnirinə hazırlıq məqsədi daşıyıb.