Zelenski danışıqlar üçün Osloya gəlib Dünya

Zelenski danışıqlar üçün Osloya gəlib

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin tənzimlənməsi məsələləri üzrə ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffla danışıqların planlaşdırıldığı Osloya (Norveç) gəlib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukrayna "Telegram" kanalları və sosial şəbəkə səhifələri məlumat yayıb.

"Sülhə kömək edə biləcək heç bir təması dayandırmırıq. Həm HHM sistemlərimizin gücləndirilməsi, həm də birgə istehsal sahələri barədə danışacağıq", - deyə Ukrayna prezidenti bildirib.

Məryəm Quliyeva